Qiymətlər gözləniləndən çox artacaq

 Qiymətlər gözləniləndən çox artacaq

2023-cü ildə Azərbaycanda orta illik inflyasiya 10,4 təşkil edəcək.

Asayis.Az 
xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin 2023-cü ilin dövlət və icmal büdcələrinin yarımillik icrasına dair arayış və ilin sonuna gözləntilər sənədində qeyd olunub.

Bildirilir ki, orta illik inflyasiya ilkin proqnozlar zamanı 6,9% səviyyəsində nəzərdə tutulsa da,  yenidən baxılma zamanı faktiki göstəricilər, gözlənilən meyillər nəzərə alınmaqla 10,4% səviyyəsində olacağı proqnozlaşdırılır.

Bu da ilkin proqnozdan 3,5% bəndi çoxdur.

16:40 - 1 Avqust 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin