Müğənni Nurlan Əzizbəyli son paylaşımı ilə gündəmə səs salıb.
Asayis.Az bizim.media-ya istinadən bildriir ki, ifaçı sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşdüyü postda sənət yolunda üzləşdiyi çətinliklərdən söz açıb.
"Bu həyat məni çox yordu. Artıq bitdim, tükəndim. Hara getdimsə, qapılar üzümə bağlı qaldı. Belə yaşamaq mümkün deyil. Haqqınızı halal edin", - deyə Nurlan vurğulayıb.
Məsələyə ilə bağlı Bizim.Media-nın əməkdaşı N.Əzizbəyli ilə əlaqə saxlayıb. Müğənni qısa olaraq bildirib ki, sənətdə üzləşdiyi çətinliklərə görə dərin depressiyadadır.
Məqaləyə dair fotomateriallar: