Avqustun ilk gününə olan hava proqnozu AÇIQLANDI

 Avqustun ilk gününə olan hava proqnozu AÇIQLANDI

Bakıda və Abşeron yarımadasında avqustun 1-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Asayis.Az-a verilən məlumata görə, şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25° isti, gündüz 30-35° isti olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şərq küləyi əsəcək. Gecə və səhər bəzi rayonlarda duman olacaq.

Havanın temperaturu gecə 20-25° isti, gündüz 33-38° isti, dağlarda gecə 11-16° isti, gündüz 19-24° isti olacaq.

16:15 - 31 İyul 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin