Saatlıda qayınana və gəlin saç yoldusuna çıxdılar - TƏFƏRRÜAT

 Saatlıda qayınana və gəlin saç yoldusuna çıxdılar - TƏFƏRRÜAT

Saatlı rayonunda Tahir ailə münaqişəsi zəminində gəlini Gülnarəyə (adlar şərti verilib red.) xəsarət yetirib. 
Asayis.Az-ın məlumatına görə, hadisə bu ilin iyunun 28-də Saatlı şəhəri, O.Rzayev küçəsində yerləşən evlərdən birində baş verib.

Tahir yaşadığı evdə gəlini Gülnarə ilə mübahisə edib. 

Mübahisə zamanı qayınata gəlinin döyüb. 

Hadisəni törədən Tahirin barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci (döymə) maddəsi ilə ittiham elan edilib. 

Təqsirləndirilən şəxs qismində ifadə verən Tahir bildirib ki, iyunun 28-də nəvəsi ağladığı üçün arvadı Südabə gəlinin Gülnarəyə uşağı sakitləşdirməsini deyub: 

“Bu zaman Gülnarə Südabəyə nalayiq ifadələr işlədərək söyüşlər söydü və onun saçlarından tutdu. Bu zaman tərəfləri sakitləşdirmək üçün onlara tərəf getdim. Gülnarənin qolundan tutaraq kənara itələdim”.

Zərərçəkmiş Gülnarənin sözlərinə görə, hadisə günü, səhər vaxtlarında qaynanası ilə aralarında mübahisə yaranıb:

“Qayınanam məni nalayiq ifadələr işlədərək söydü və mənim saçlarımdan tutdu. Bu zaman mən də qaynanamın saçlarından tutaraq yoldum. Həmin vaxt qaynatam Tahir bizə tərəf gəldi. Mənim qolumdan tutaraq sıxdı”. 

Zərərçəkmiş qeyd edib ki, təqsirləndirilən şəxslə barışmayıb, ondan şikayətçidir.

İsmayıllı rayon Məhkəməsinin qərarı ilə Tahir 300 manat məbləğində cərimə olunub.


Demokrat.az

14:56 - 28 İyul 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin