Bakı-Sumqayıt qatarından istifadə edənlər üçün YENİLİK - Bundan sonra...

 Bakı-Sumqayıt qatarından istifadə edənlər üçün YENİLİK - Bundan sonra...

"Azərbaycan Dəmir Yolları" QSC Abşeron dairəvi dəmir yolu xəttində (Bakı-Sumqayıt sürətli elektrik qatarları) "Visa" bank kartlarına bağlı olan "Apple pay", "Google pay" və digər elektron ödəniş üsullarını yenidən aktivləşdirib.

Asayis.az  xəbər verir ki, bu barədə səhmdar cəmiyyətdən bildirilib.

Məlumata görə, sərnişin həm giriş, həm də çıxış zamanı eyni ödəniş vasitəsindən istifadə etməlidir. Yəni, əgər sərnişin "Google pay" vasitəsilə platformaya daxil olursa, mütləq çıxış zamanı da "Google pay"dən istifadə etməlidir. Əks halda həm plastik kart, həm də elektron ödəniş üsulu üzrə ən uzun məsafəyə uyğun cərimə tətbiq ediləcək.

15:50 - 27 İyul 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin