“Ölkəmizin xarici ticarət əlaqələrinin genişləndirilməsi istiqamətində müşahidə olunan müsbət dinamika şəraitində bu ilin yanvar-iyun aylarında ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,3 faiz artaraq 26 166,5 milyon dollar olub”.
Asayis.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov öz tvitter hesabında yazıb.
Nazir bildirib ki, hesabat dövründə xarici ticarət balansının müsbət saldosu isə 9 769,5 milyon dollar təşkil edib.