Tonlarla pomidor sahələrdə çürüyür: “Kiloqramını 10 qəpiyə satırıq, alan yoxdur” - VİDEO

 Tonlarla pomidor sahələrdə çürüyür: “Kiloqramını 10 qəpiyə satırıq, alan yoxdur” - VİDEO

Tonlarla pomidor sahələrdə qalıb çürüyür.

Söhbət Masallı rayonunun Sərçuvar və Viləş kəndlərindən gedir.

Bu kəndlərdə fermerlər sahələrdən yaxşı, bol məhsul əldə etdiklərini, məhsulun satışının isə zəif olduğunu bildiriblər:

“Hazırda pomidorun 30 kiloqramlıq yeşiyi üç manata satılır. Kiloqramını 10 qəpiyə satsaq da, alan yoxdur”.

Onlar bildiriblər ki, havaların qeyri-sabit keçdiyi vaxtlarda yağıntının çox olması da pomidora xeyli ziyan vurub.

Masallı Dövlət Aqrar İnkişaf Mərkəzindən məsələ ilə bağlı "Xəzər Xəbər"ə bildirilib ki, problemin yaranmasına əsas səbəb rayon ərazisində saxlama kameralarının, eləcə də kombinatın olmamasıdır.

Qeyd edilib ki, rayonda 2023-cü ildə 535 hektar ərazidə pomidor əkilib. Bu da keçən ilə nisbətən 10,5 hektar çoxdur.

Daha ətraflı süjetdə:

 

VİDEO

10:40 - 26 İyul 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin