Ağstafa və Qazaxda fəaliyyət göstərən "Relaxkredit" kredit təşkilatı vətəndaşlara məxsus qızıl, zinət əşyalarını guya öz balansında saxlayırmış kimi, ayrı-ayrı vətəndaşların adına qoyaraq Banklardan pul götürüblər. Asayis.Az xəbər verir ki, bu barədə Qazax rayon sakinlərinin saytımıza müraciəində qeyd edilib. Sakinlər iddia edir ki, sözügedən kredit təşkilatı sakinlərdən götürdüyü pul və qızıl-zinət əşyalarını daha baha faizlə başqa şəxslərə də verib. Onların sözlərinə görə, Qazaxda və Ağstafada təşkilatın vətəndaşlara məxsus həmin qızıl və zinət əşyalarının banklarda "batırılmasi" və həmçinin qanunsuz olaraq lizinq fəaliyyəti ilə məşğul olması barədə məlumatı olmayan yoxdur. Bu hallarla bağlı adiyyəti qurumlar məlumatlandırılıb və qanunsuz əməlləri edən şəxs yaxud şəxslər barəsində cinayət məsuliyyəti yaradılmasi üçün bir neçə zərərcəkmiş şəxs birləşərək şikayət hazırlayır. Qarşı tərəfin də mövqeyini işıqalandırmağa hazırıq