Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Goranboy rayonunun Faxralı, Qurbanzadə kəndlərində, Bərdə rayonunun İkinci Hacallı kəndində və Şabran rayonunun Sumağa kəndi ərazisində tullantıların qalaqlanması faktları müəyyən edilib.
Asayis.Az xəbər verir ki, Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, faktlarla bağlı akt, protokol tərtib olunub, Faxralı bələdiyyəsinin sədri Sevda Vəliyeva, İkinci Hacallı bələdiyyəsinin sədri Hüseyin Əhmədov və Pirəbədil bələdiyyəsinin sədri Atabala Şeydayev barəsində qanunamüvafiq tədbirlər görülüb:
“Ərazilər tullantılardan təmizlənib. Gələcəkdə belə hallara yol verilməməsi və ərazinin təmizliyinə mütəmadi nəzarət olunması məqsədilə bələdiyyə sədrlərinə məcburi göstəriş verilib”.