Azərbaycanda 30 saniyədə mənzil almaq - Kimlər alacaq?

 Azərbaycanda 30 saniyədə mənzil almaq - Kimlər alacaq?

“3 gündən sonra, 28 iyulda MİDA “Güzəştli mənzil” sisteminin DEMO versiyasını dayandıracaq.  Yəni, sınaq versiya ilə mənzil seçimini test edənlərin cəmi üç gün vaxtı qalıb”.
Asayis.Az 
xəbər verir ki, bunu informasiya texnologiyaları üzrə mütəxəssis Osman Gündüz deyib. O, bildirib ki, MİDA bu satışda sürprizlər edə bilər:

“Xatırlayıram ki, cari ayın əvvəli, MİDA DEMO versiyanı işə salanda aşağıdakı kimi balaca bir açıqlama vermişdi:

“Güzəştli mənzil” sistemində 29 iyul – 11 avqust 2023-cü il tarixlərində keçiriləcək mənzil seçimi prosesinə əlavə təhlükəsizlik tədbirləri tətbiq edilmişdir"

Anlaşıqlı dildə desək , bu o deməkdir ki, 29 iyulda baş tutacaq onlayn satışda güman ki, MİDA yenidən sürprizlər edəcək.

Yəni, MİDA təhlükəsizlik məqsədilə DEMO-dan fərqli olaraq real satış modulunun interfeysini dəyişə bilər, ikiqat CAPTCHA fərqli ola bilər, menyular dəyişilə bilər və s.

Botlar və robotların qarşısını almaq üçün gözləmək olar ki, real satış modulu DEMO-dan kəskin fərqli olacaq.

Beləliklə də, düşünmək olar ki, daha hazırlıqlıların, daha çox test edənlərin, İT bacarıqları yüksək olanların şansı daha yüksək olacaq.

Tövsiyə edərdim ki, DEMO ilə mənzil seçimini test edənlər bu məqamları da nəzərə alsınlar.

Xatırladıram ki, sonuncu onlayn satışda ilk mənzil seçimi 31-ci saniyədə baş tutmuşdu”.

14:49 - 25 İyul 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin