Bakıda kişi arvadını döydü - TƏFƏRRÜAT

 Bakıda kişi arvadını döydü - TƏFƏRRÜAT

Bakının Sabunçu rayonunda 1989-cu il təvəllüdlü Alim ailə münaqişəsi zəminində keçmiş həyat yoldaşı İradəyə (adlar şərti verilib – red.) xəsarət yetirib. 
Asayis.Az-ın məlumatına görə, hadisə bu ilin mayın 8-də Sabunçu rayonu, Elşən Mehdiyev küçəsində baş verib. 

Alimin keçmiş arvadı İradənin onun zənglərinə cavab vermədiyi səbəbindən ailə məişət zəminində aralarında mübahisə yaranıb. 

Mübahisə zamanı yumruqla sifətindən bir neçə dəfə vurub. 

Hadisəni törədən Alimin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Alim ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 

O bildirib ki, 2022-ci ildə İradə ilə münasibətləri pisləşdiyi üçün ayrılıblar: 

“İradə ilə ayrılmağıma baxmayaraq ailə münasibətlərimiz davam edir. Mayın 8-də, saat 14.00-da yaşadığım evə gələrkən İradənin mobil telefonuna dəfələrlə zəng vurmağıma baxmayaraq, zənglərimə cavab vermədi. Əsəbi halda evə daxil oldum və qonaq otağına keçdim. İradədən əsəbi halda nə üçün zənglərimə cavab verməməsini soruşdum. İradə bildirdi ki, əcəb edir, zənglərə cavab vermir. İradənin bu sözlərindən əsəbləşdim. Öncə sözlə mübahisə etdim. Daha sonra İradə mənə kobud cavab verdiyindən əsəbləşərək yumruqla sifətindən bir-neçə dəfə zərbə ilə vurdum”. 

Sabunçu rayon Məhkəməsinin hökmü ilə Alim aylıq qazancından dövlət nəfinə 10 faiz məbləğində pul tutulmaqla 6 altı ay müddətinə islah işləri cəzasına məhkum edilib. 

Hökmün icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilib. 


Demokrat.az

11:47 - 25 İyul 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin