“DELTA QRUP C.O.” Məhdud Məsuliyyəti Cəmiyyətinə cərimə protokolu yazılıb.
Asayis.Az xəbər verir ki, şirkət barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 347-ci (Nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsi) maddəsi ilə inzibati protokol tərtib edilib.
Sənəd baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib.
İş hakim Azər Tağıyevin icraatındadır.
Məhkəmə iclası avqustun 3-də olacaq.
Qeyd: “DELTA QRUP C.O.” Məhdud Məsuliyyəti Cəmiyyətinin iki zavodu - “Bismak” və "Çörəkçi" fəaliyyət göstərir.