Musa Qurbanlının viza problemi həll edildi - Sabah oynaya bilər

 Musa Qurbanlının viza problemi həll edildi - Sabah oynaya bilər

İsveçin “Yurqarden” klubuna transfer olunan Azərbaycan millisinin hücumçusu Musa Qurbanlının işçi vizası problemi həll edilib.

Asayis.az  xəbər verir ki, bu barədə klubun idman direktoru Bosse Anderson qafqazinfo-ya məlumat verib.

O bildirib ki, Musa ölkə çempionatının 17-ci turunda keçiriləcək “Elfsborq”la mərkəzi matçda oynamağa hazırdır: “Məşqçinin şans verəcəyi halda Qurbanlı meydana çıxacaq”.

Qeyd edək ki, iyulun 22-i baş tutacaq sözügedən görüş Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

15:30 - 21 İyul 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin