Gəncə şəhəri Heydər Əliyev prospekti 95 saylı binada mənzillərin divarları çatlayır.
News24.az xəbər verir ki, iddiaya görə, tikilinin birinci mərtəbəsində yerləşən mənzilləri “Ağ Çiçəyim” gül salonu alıb. Onlar arakəsmə divarları sökərək mağaza üçün geniş ərazi yaradıblar. Binada yaşayan sakinlərin sözlərinə görə, bu vaxt sütunlardan biri də sökülüb. Nəticədə mağazada qapı örtüləndə yuxarı mərtəbələrdə yerləşən mənzillər silkələnir.
İddialarla bağlı "Ağ çiçəyim"in Gəncə filialı ilə əlaqə saxladıq. Bildirildi ki, tikilinin alt mərtəbəsində mağazaları yerləşsə də, sakinlərin iddia etdikləri doğru deyil.