Anar Nağılbazın atası sistem altındadır - DANIŞA BİLMİR

 Anar Nağılbazın atası sistem altındadır - DANIŞA BİLMİR

Əməkdar jurnalist, sabiq deputat Rizvan Cəbiyev reper oğlu Anar Nağılbaz rəhmətə getdikdən sonra həyatının ən ağrılı günlərini yaşadı. Sözsüz ki, bala dərdini heç bir acı ilə bir tutmaq olmaz. Nə yaşadığını da yalnız təxmin edə bilərik. Düz, 3 il əvvəl həmsöhbət olanda demişdi ki, artıq yaza bilmir. Sonra da əlavə etmişdi: 

“Jurnalist üçün bundan ağır dərd olmaz, qızım”.

Yəni, Rizvan müəllim həm ata, həm də jurnalist kimi ən ağırlı günlərini yaşayır. 

Qarşıdan gələn Milli Mətbuat Günü ilə bağlı istədik ki, onu yada salaq, əlaqə saxlayıb səhhəti ilə maraqlanaq. 

Köhnə dəftərçələrdən tapdığımız nömrəsinin işlək olduğu ümidi ilə zəng etdik. Düşünürdük ki, telefona ya cavab verməz, ya da kimsə onun telefonunu qaldırmaz. Xülasə, yenə də ümidlə zəng etdik. 

Dəstəyi özü götürməsə də, xanımı Şərqiyyə Cəbiyeva qaldırdı. O, “Sherg.az”la həmsöhbət oldu, Rizvan müəllimin danışa bilmədiyini qeyd etdi:

“Rizvan müəllim yaxşı deyil. Xəstədir, danışmaqda çətinlik çəkir. O, insult keçirib, indi sistem qəbul edir. Müsahibə verə bilmir. Həkim dərmanlar yazıb. Yaxşı olsa idi deyərdim, gəlin, çəkiliş edin, bəlkə özünü toparlayar. Əvvələr yanına gəliblər, yaxşı vəziyyətində yada salıblar. Zəng edib soruşanlar da olur. Sağ olsunlar. Oğlu rəhmətə gedəndən sonra stress keçirdi. Allah heç kimə bala dağı göstərməsin. Mən özüm də təzyiq xəstəliyindən əziyyət çəkirəm. Yaşlı adamlarıq. Anarın ölümündən sonra xəstələndi, iki ildən çoxdur ki, insult keçirib”. 

17:10 - 18 İyul 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin