Çimərlikdə oğurluq etdi - Yaxalandı

 Çimərlikdə oğurluq etdi - Yaxalandı

Çimərlikdə oğurluq hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Asayis.Az-a verilən məlumata görə, Səbail RPİ 41-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində iyulun 14-də Şıx qəsəbəsi ərazisindəki çimərlikdə bir nəfərin içərisində 950 manatı, bank kartları və sənədi olan cüzdanını oğurlamaqda şübhəli bilinən Astara rayon sakini Kamil Zahidov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

 

12:39 - 17 İyul 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin