Azərbaycanda yenə zəlzələ oldu

 Azərbaycanda yenə zəlzələ oldu

Cəlilabadda zəlzələ olub. Bu barədə Asayis.az-a Respublika Seysmoloji Xidmət Mərkəzindən xəbər verilib.

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 10:27-də Cəlilabad stansiyasından 9 km qərbdə, Cəlilabad rayonunda zəlzələ qeydə alınıb. Zəlzələnin maqnitudası 3.0, dərinliyi 18 km olub.

Zəlzələ hiss olunmayıb.

11:57 - 17 İyul 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin