Vəfat edən deputat kimdir? - DOSYE

 Vəfat edən deputat kimdir? - DOSYE

Xəbər verdiyimiz kimi, Milli Məclisin deputatı Hacı Madər Musayev iyulun 14-də  vəfat edib.
Asayis.Az xəbər verir ki, Madər Ələsgər oğlu Musayev 26 noyabr 1947-ci ildə Bakıda anadan olub.

Azərbaycan Milli Məclisinin üzvü, bitərəf, eyni dairədən 6 dəfə təkrar seçilən, ard-arda müstəqillik dövründə 6 dəfə, ümumilikdə 7 dəfə seçilən yeganə deputat idi.

O, Moskva Koperativ İnstitutu Bakı filialının sənaye əmtəəşünaslığı və ticarətin təşkili fakültəsini bitirmişdi. 1964-cü ildən Bakı şəhərində satıcı şagirdi, kiçik satıcı, baş satıcı, 1971-ci ildən mağaza müdiri, 1976-cı ildən universamda baş satıcı işləmişdir. 1986–1995-ci illərdə "Bahar" ticarət mərkəzinin müdiri vəzifəsində çalışmışdı.

XII çağırış Azərbaycan Respublikası Ali Sovetinin, I , II, III, IV, V və VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı idi.

"Şöhrət" və "Şərəf" ordenləri ilə təltif edilib.

25 noyabr 2022-ci ildə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Ailəli olub və 3 övladı var.

 

13:49 - 14 İyul 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin