Mənzil İnşaatı Dövlət Agentliyinə məxsus “MİDA” MMC Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mədən 1, korpus 5 ünvanında yerləşən 9,0 ha torpaq sahəsində çoxmənzilli yaşayış binalarının tikintisinə başlayır.
Asayis.Az-ın məlumatına görə, şirkət bununla bağlı elan etdiyi 4 tenderə yekun vurub.
Sözügedən ərazidə 1 və 2 nömrəli çoxmənzilli yaşayış binalarının tikintisini “DDlar İnşaat” QSC və Araz İnşaatçı” MMC konsosiumu, 3, 4 və 5 nömrəli binaların tikintisini “Hover Group” MMC, 6, 7 və 8 nömrəli binaların tikintisini “Yar İnşaat Təmir-Tikinti” MMC və “Merkuri İnşaat” MMC konsorsiumu, 12 və 13 nömrəli binaların tikintisini “Amal Group” MMC həyata keçirəcək.
Tikinti ilə bağlı “DDlar İnşaat” QSC və Araz İnşaatçı” MMC konsosiumuna 6 773,931 min manat, “Hover Group” MMC-yə 10 404,026 min manat, “Yar İnşaat Təmir-Tikinti” MMC və “Merkuri İnşaat” MMC konsorsiumuna 10 310,542 min manat, “Amal Group” MMC-yə isə 7 080,623 min manat ödəniləcək.
Ölkə.Az