"R.R." MMC-nin barəsində daha bir cərimə protokolu yazılıb.
Asayis.Az-ın məlumatına görə, şirkət barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 233.1-ci (Ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə) maddəsi ilə inzibati protokol tərtib edilib.
Daha sonra protokol baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib.
İş hakim Gültəkin Əsədovanın sədrliyi ilə araşdırılacaq.
Məhkəmə iclasının vaxtı hələlik açıqlanmayıb.
Qeyd edək ki, sözügedən şirkət bağlanmış "ANS TV"-nin keçmiş əməkdaşı olmuş Rüstəm Əbülfətoğluya məxsusdur.