"PAŞA Bank" ASC "Aral Biznes Group" MMC ilə bağlı məhkəməyə müraciət edib.
Asayis.Az-ın məlumatına görə, bu barədə ASC Bakı Kommersiya Məhkəməsinə üz tutub.
Belə ki, bank kredit müqaviləsi üzrə mübahisələr barədə tələb irəli sürüb.
İddia hakim Zaur Pirverdiyevin icraatına verilib.
Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.
Pravda.az