Polad Həşimovun şəxsi əşyaları muzeyə təqdim olundu - FOTO

 Polad Həşimovun şəxsi əşyaları muzeyə təqdim olundu - FOTO

Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun şəxsi əşyaları həyat yoldaşı Ofelya Salmanova tərəfindən Milli Azərbaycan Tarix Muzeyinə təqdim edilib.

Muzeydən Asayis.Az-a verilən xəbərə görə, yeni qurulan ekspozisiyada general-mayor Polad Həşimovun şəxsi əşyalarının nümayişi məqsədilə xüsusi vitrin ayrılıb.

Ekspozisiya tezliklə ziyarətçilərin ixtiyarına veriləcək.

Qeyd edək ki, iyulun 12-də Tovuz döyüşlərinin başlanmasının üç ili tamam olur. Döyüşlərdə General-mayor Polad Həşimovla birlikdə Azərbaycan Ordusunun 12 hərbi qulluqçusu şəhid olub.

 

12:40 - 12 İyul 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin