Sabahın hava proqnozu açıqlandı

 Sabahın hava proqnozu açıqlandı

İyulun 12-nə gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Asayis.Az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu. Əsasən yağmursuz. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 20-24° isti, gündüz 27-31° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək. Nisbi rütubət 50-60 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz. Lakin gecə və səhər bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25° isti, gündüz 30-35° isti, dağlarda gecə 10-15° isti, gündüz 16-21° isti olacaq.

14:14 - 11 İyul 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin