Nazir xalası nəvəsini rəis TƏYİN ETDİ

 Nazir xalası nəvəsini rəis TƏYİN ETDİ

Gənclər və İdman naziri Fərid Qayıbov bu qurumun nəzdində yaradılan Regional Gənclər və İdman İdarələrinin rəhbərliyinə təyinatları davam etdirir.
Asayis.Az-ın məlumatına görə, nazir ötən gün Teymur Babazadəni yeni yaradılan Lənkəran-Astara Regional Gənclər və idman İdarəsinə rəis təyin edib. 

Nazirin bu təyinatı müzakirə və mübahisələrə səbəb olub. Fərid Qayıbov kadr seçimində şəxsi münasibətlərə üstünlük verməkdə ittiham edilib. 

Belə ki, Teymur Babazadə nazirin xalası nəvəsidir. O, bu təyinata kimi, Lənkəran Gənclər və İdman İdarəsinin rəisini əvəz edib. Bölgədə daha təcrübəli kadrların olduğu halda, nazirin bir gün belə rəis işləməmiş şəxsi bir neçə rayonu əhatə edən idarəyə rəhbər təyin etməsi tənqidlə qarşılanıb.

 


32gun.az

14:36 - 11 İyul 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin