Lənkəranda 1971-ci il təvəllüdlü Nigar keçmiş həyat yoldaşı Əsədi (adlar şərti verilib – red.) xəsarət yetirib.
Asayis.Az-ın məlumatına görə, hadisə bu ilin iyunun 4-də baş verib.
İş üzrə izahat verən təqsirləndirilən Nigarın sözlərinə görə, iyunun 4-də Əsəd onun yaşadığı mənzilə gəlib və həmin mənzilin qapısında onların arasında mübahisə yaranıb:
“Lakin Əsədi vurmamışam və ona xəsarət yetirməmişəm. Əsəd mütəmadi olaraq mənzilinə gəlib və mənimlə mübahisə yaradıb”.
İş üzrə zərərçəkmiş Əsədin sözlərinə görə, Nigar ilə arasında rəsmi nikah qeydiyyatı olmayıb və onlar vətəndaş nikahına daxil olaraq ailə qurub:
“Bir il bundan əvvəl aramızda mübahisə yarandı və biz ayrıldıq. İyunun 4-də qızıma verdiyim mobil telefonu geri almaqdan ötrü Nigarın kirayədə yaşadığı mənzilə getdim, telefonu geri tələb etdim. Həmin vaxt mənzilin giriş qapısında aramızda mübahisə düşdü. Mübahisə zamanı Nigar əlində olan taxta oxlovla baş nahiyəmə zərbələr endirməyə başladı. Həmin zərbələr nəticəsində xəsarət aldığımda başında ağrılar yarandı. Buna görə də xəstəxanada həkimə müraciət etdim. Bundan sonra onun barəsində tədbir görülməsi üçün polisə müraciət etdim”.
Zərərçəkmiş qeyd edib ki, əvvəllər də dəfələrlə Nigarın barəsində polisdə və məhkəmədə material olub.
Qeyd edib ki, hazırda Nigar ilə barışmaq fikri yoxdur.
Lənkəran rayon Məhkəməsinin qərarı ilə Nigar 500 manat məbləğində cərimə olunub.
Demokrat.az