Qazinin çənəsini sındıran idmançıdan XƏBƏR VAR

 Qazinin çənəsini sındıran idmançıdan XƏBƏR VAR

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əməkdaşı Namiq Babayevə vəzifəsinin icrası zamanı xəsarət yetirməkdə təqsirləndirilən Rəvan Nəbizadənin cinayət işi üzrə məhkəmənin hazırlıq iclasının vaxtı məlum olub. 
Asayis.Az-ın xəbərinə görə, məhkəmənin hazırlıq iclası iyulun 20-nə təyin olunub.

Qeyd edək ki, cinayət işi baxılması üçün Bakı Şəhəri Binəqədi rayon Məhkəməsinə göndərilib.

İş hakim Vüsal Tağıyevin icraatına verilib. 

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin məlumatına görə, sağlamlığı qaydasında olmasına baxmayaraq, əlillik dərəcəsi almaq üçün komissiyaya gələn Rəvan Nəbizadə növbədənkənar müayinəyə daxil olmağa cəhd edib. 

N.Babayev onu sakitləşdirmək niyyəti ilə yaxınlaşaraq izahat verən zaman R.Nəbizadə ona yumruq zərbələri ilə ağır bədən xəsarəti yetirib. 

N.Babayevin çənə sümüyü sınıb, dişləri qırılıb.

Qeyd edək ki, Namiq Babayev və Rəvan Nəbizadə hər ikisi Vətən müharibəsi iştirakçısı olub. 

Namiq Babayev 5 medalla təltif olunub. 

R.Nəbizadə isə döyüş növləri üzrə peşəkar idmançıdır.


Demokrat.az

11:34 - 11 İyul 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin