Generalın yerinə təyinat oldu

 Generalın yerinə təyinat oldu

Dövlət Gömrük Komitəsinin Baş Gömrük Mühafizə Xidmətinin rəisi vəzifəsinə təyinat olub. Asayis.Az-ın məlumatına görə, Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin rəis müavini, polkovnik Şıxəliyev Elçin Yavər oğlu vəzifəsindən azad olunaraq, Baş Gömrük Mühafizə Xidmətinin rəisi təyin edilib.

Bu barədə komitə sədri, general-leytenant Şahin Bağırov müvafiq əmr imzalayıb.

Qeyd edək ki, bundan əvvəl Baş Gömrük Mühafizə Xidmətinin rəisi gömrük xidməti general-mayoru Ələkbərov İsmayıl Ağaqulu oğlu idi.

 

 Qaynarinfo

14:29 - 10 İyul 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin