Havanın maksimal temperaturu iyulun 9-da Bakıda iqlim normasından 8 dərəcə yuxarı olub.
Milli Hidrometeorologiya Xidmətindən Asayis.Az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında, Naxçıvan MR-da 40 dərəcəyədək isti, aran rayonlarında 42 dərəcəyədək isti, dağlıq rayonlarda 26 dərəcəyədək isti olub.
Həmçinin iyulun 10-u saat 11:00-a olan məlumata əsasən əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib, lakin bəzi şimal və qərb rayonlarında şimşək çaxıb, arabir yağış yağıb.
Düşən yağıntının miqdarı Balakən, Gədəbəy, Daşkəsən, Gəncədə 5 mm-dək olub.
Şimal-qərb küləyi arabir Şərurda 20 m/s, Mingəçevirdə 19 m/s, Ceyrançöl, Bərdə, Naftalanda 18 m/s, Yevlaxda 15 m/s-dək güclənib.