Banka aylıq kredit ödənişi edən vətəndaşa ƏDV niyə ödənilmir? - AÇIQLAMA

 Banka aylıq kredit ödənişi edən vətəndaşa ƏDV niyə ödənilmir? - AÇIQLAMA

“Maliyyə xidmətlərində ƏDV yoxdur. Kredit də maliyyə əməliyyatıdır, burada ƏDV olmur. Yəni kimsə bankdan kredit götürürsə, bu kreditə görə ona ƏDV ödənilmir. Daşınmaz əmlakın, yaxud avtomobilin, telefonun, kompüterin, soyuducunun kondisionerin bank krediti hesabına alqı-satqısı zamanı da kreditdə ƏDV yoxdur, amma alqı-satqıda var. Lakin əmlakı satan şəxs ƏDV ödəyicisidirsə. Bunu xüsusilə vurğulayıram”.

Asayis.Az xəbər verir ki, bu sözləri bank üzrə ekspert Əkrəm Həsənov deyib.

Ə.Həsənov vətəndaşa hansı hallarda ƏDV verildiyi məsələsinə belə aydınlıq gətirib: “ƏDV bəzi hallarda olmur. Məsələn, bankdan götürdüyüm kredit vasitəsilə tikinti şirkətindən çoxmənzilli binada mənzil alıramsa, bank o pulun hamısını dərhal tikinti şirkətinə köçürür. Tikinti şirkəti ƏDV ödəyicisidisə, bunu verəcək. Lakin mən sonradan aybaay bankın kreditini qaytarıram. Tikinti şirkətinin pulunu isə artıq vermişəm. Bu məsələ vacibdir. Yaxud mağazadan bank krediti ilə telefon alıram. Bank yenə də tam məbləğdə pulu telefon mağazasına dərhal köçürür. Mağaza üçün pulu kimin verməsinin fərqi yoxdur, ƏDV ödəyicisidirsə, mağaza bunu sizə verəcək. Məsələn, başqa bir vətəndaşın mənzilini ipoteka krediti ilə alıram. Müqavilə bağladıq, bank da mənzili satan şəxsə pulu tam köçürdü. Burada isə ümumiyyətlə ƏDV yoxdur. Çünki mənzili satan şəxs ƏDV ödəyicisi deyil...”

 

Pravda.az

13:25 - 10 İyul 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin