Zümrüd Yağmur yenidən məhkəmə qarşısında

 Zümrüd Yağmur yenidən məhkəmə qarşısında

Yazar Zümrüd Yağmur (Abıyeva Zümrüd İsrafil qızı) yenidən məhkəmə qarşısına çıxarılır.

Asayis.Az-ın məlumatına görə, daha əvvəl onun barəsində xüsusi ittiham qaydasında məhkəməyə müraciət edilib.

Zümrüd Yağmur Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) maddəsi ilə ittiham olunması tələb edilir.

Xüsusi ittiham qaydasında şikayət Abşeron Rayon Məhkəməsində araşdırılaraq qərar çıxarılıb. Daha sonra apellyasiya instansiya məhkəməsi onunla bağlı qərar verib. Xüsusi ittiham qaydasında şikayət bu dəfə Ali Məhkəməyə daxil olub və hakim Əziz Seyidovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclası iyulun 12-nə təyin edilib.

Qeyd: Zümrüd Yağmurun ittiham olunduğu cinayət əməli sübuta yetirilərsə, onu iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.

 

Pravda.az

10:52 - 10 İyul 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin