"Bakı Metropoliteni" QSC III Yeni (Bənövşəyi) xəttinə aid “B4” stansiyasının yerüstü ərazisinin abadlıq sahəsinin işçi layihə-smeta sənədlərinin hazırlanması və II Mövcud (Yaşıl-Dairəvi) xəttinə aid “Dərnəgül” elektrik deposunun yerləşəcəyi ərazinin şəhərsalma əsaslandırılması işlərinin satın alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
Asayis.Az Ölkə.az-a istinadən xəbər verir ki, tenderin qalibi Bakı Dövlət Layihə İnstitutu olub.
Qalib təşkilatla 57,171 min manat məbləğində satınalma müqaviləsi imzalanıb.