“Nazirin fikrini təhrif etməklə qeyri-düzgün ifadələr işlədirlər” - VİDEO

 “Nazirin fikrini təhrif etməklə qeyri-düzgün ifadələr işlədirlər” - VİDEO
Xəbər verdiyimiz kimi, iyulun 6-da elm və təhsil naziri Emin Əmrullayev sertifikatlaşdırma imtahanında yüksək bal toplayan müəllimlərlə görüş keçirib. Nazirin görüşdə şagirdlərin oxuyub anlama bacarıqları ilə bağlı çıxışı müzakirələrə səbəb olub.

Elm və Təhsil Nazirliyinin (ETN) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov sözügedən müzakirələrlə bağlı paylaşım edib.

O, bir sıra ictimai şəxsin məsələnin mahiyyətinə varmadan nazirin səsləndirdiyi fikirləri təhrif etməklə qeyri-düzgün ifadələr işlətdiklərini bildirib:

"İyulun 6-da elm və təhsil naziri Emin Əmrullayev sertifikatlaşdırma imtahanında yüksək bal toplayan müəllimlərimizlə görüşdə vacib mesajlar səsləndirdi. Onlardan biri də şagirdlərimizin oxuyub anlama bacarıqları ilə bağlı mövcud problemləri idi.

Təəssüf ki, bir sıra ictimai şəxslər məsələnin mahiyyətinə varmadan Emin müəllimin səsləndirdiyi fikirləri təhrif etməklə qeyri-düzgün ifadələr işlədirlər.

Elm və təhsil nazirliyi hər zaman açıq dialoq formatını seçib və ictimai fikrə böyük hörmətlə yanaşıb. Ümid edirəm ki, təqdim olunan videoda cənab nazirin şagirdlərin beynəlxalq qiymətləndirmə bacarıqlarının ölçülməsi ilə bağlı mötəbər tədqiqata əsaslanan fikirləri düzgün (əslində olduğu kimi) anlaşılacaq". 

Sözügedən görüşdən nazirin həmin çıxışını təqdim edirik:
 

 

18:33 - 9 İyul 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin