Nabrana gedərkən qəzada ölənlər “Legion” klubunun üzvləri imiş - FOTOLAR

 Nabrana gedərkən qəzada ölənlər “Legion” klubunun üzvləri imiş - FOTOLAR

Bu gün Bakı-Quba yolunda 3 nəfərin ölümü ilə nəticələnən qəza barədə bəzi faktlar üzə çıxıb.

Asayis.Az-ın məlumatına görə, qəzaya uğrayan “Mercedes Vito” markalı avtomobildə olan şəxslər keçmiş hərbçilər, “Legion” Hərbi-Vətənpərvərlik Klubunun üzvləri imiş.

Onlar Bakıdan Nabrana istirahətə gedərkən Kamil Talışınskinin idarə etdiyi avtomobil aşıb.Ad - 00:24

Qeyd edək ki, dünyasını dəyişən keçmiş hərbçilərdən İham Əliyev Birinci Qarabağ müharibəsində də iştirak edibmiş. Onlar həm də Vətən müharibəsi iştirakçısı olub.

Xatırladaq ki, qəza nəticəsində sürücü 1980-ci il təvəllüdlü Kamil Talışinski, 1999-cu il təvəllüdlü Əli Səfərov müxtəlif bədən xəsarətləri ilə Şabran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 2006-cı il təvəllüdlü İsbat Səlimov, 1966-cı il təvəllüdlü İlham Əliyev və 1979-cu il təvəllüdlü Məhərrəm Həsənov isə vəfat edib.

Qəzada ağır yaralanan sürücünün və vəfat etmiş Məhərrəm Həsənovla İlham Əliyevin fotolarını təqdim edirik:




 

 

“Qafqazinfo”

15:10 - 9 İyul 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin