“Elm və təhsil naziri milləti təhqir edir” - DEPUTAT

 “Elm və təhsil naziri milləti təhqir edir” - DEPUTAT

Milli Məclisin deputatı Etibar Əliyev Elm və təhsil naziri Emin Əmrullayevi tənqid edib.
Asayis.Az Etibar Əliyevin fikirlərini təqdim edir:



“Emin Əmrullayev deyir ki, yaşı 25-dən yuxarı gənc olmayan adamların 60 faizi oxuduğu mətndə əsas fikri başa düşmür. Sonra deyir ki, mən faktı deyirəm.  Bu nə deməkdir? Belə fakt olar? Hansı mətni? 

Ölkənin Elm və təhsil naziri milləti təhqir edir.  Sən hardan bilirsən ki, 25 yaşdan yuxarı yaşı olanların 60 faizi  Füzulinin, Nizaminin, Əhməd bəy Ağaoğlunun, Axundovun, Heminqueyin, Çexovun və s. yazıçı və mütəfəkkirlərin əsərlərindəki əsas fikri başa düşmür? 

Zirəddin heç belə danışmır.  Nazir bu fikrinə görə Azərbaycan xalqından üzr istəməlidir. Bu adam nə PİRLS-i, nə PİSA-nı, nə Akkreditasiyanı, nə Bibliometrik göstəricələri, nə məzmunu, nə də QS reytinqini izah edə bilmir, lakin Azərbaycan xalqını hər addımda savadsızlıqda ittiham edir.  Bu dərsi haradan almısınız?”.
 

Demokrat.az

10:00 - 9 İyul 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin