Azərbaycanda vergi ödəyicilərinin sayı 7 % artıb

 Azərbaycanda vergi ödəyicilərinin sayı 7 % artıb

Bu il iyulun 1-nə Azərbaycanda 1 460 991 vergi ödəyicisi olub.

Asayis.az  İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bu, ötən il iyulun 1-i ilə müqayisədə 7,1 % çoxdur.

Vergi ödəyicilərinin 87,3 %-i fiziki şəxslər, 12,7 %-i isə hüquqi şəxslər və digər təşkilatlardır.

Son 1 ildə fiziki şəxslərin sayı 6,8 %, hüquqi şəxslərin sayı isə 9,4 % artıb.

18:40 - 7 İyul 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin