Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov vəzifəsindən azad edilib. Asayis.Az xəbər verir ki, bu barədə o şəxsi Feysbuk səhifəsində paylaşım edib.
Paylaşımda bildirib ki, Gənclər və İdman Nazirliyinin qərarı ilə işinə son verilib. Qeyd edək ki, H. Nəsirov üç ildən artıq idi Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi vəzifəsində çalışırdı.