Ata qızını sosial şəbəkələrə görə döydü - TƏFƏRRÜAT

 Ata qızını sosial şəbəkələrə görə döydü - TƏFƏRRÜAT

Masallı rayonunda 1961-ci il təvəllüdlü Polad qızı Sevilə (adlar şərti verilib – red.) xəsarət yetirib. 

Asayis.Az-ın məlumatına görə, hadisə Masallı rayonunun mərkəzində baş verib. 

Polad yaşadığı fərdi yaşayış evində qızı Sevil ilə mübahisə edib. 

Mübahisəyə səbəb isə Sevilin gün ərzində mütəmadi olaraq sosial şəbəkədən istifadə etməsi ilə əlaqədar olub. 

Polad qızına sossial şəbəkələrdən uzaq durmasını tələb etsə də, onun tələbinə əməl etməyib. 

Buna görə də ata və qız arasında münaqiçə baş verib. 

Bu zaman Polad qızının bədəninin müxtəlif nahiyələrinə əli ilə qəsdən bir neçə dəfə vuraraq, ona müxtəlif dərəcəli xəsarətlər yetirib. 

Hadisəni törədən Poladın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Masallı rayon Məhkəməsində işı baxılan zaman məlum olub ki, ata və qız barışıblar. 

Zərərçəkmiş Sevil atasından şikayətçi olmayıb. 

Bu səbəbdən məhkəmə Poladın barəsində olan cinayət təqibinə xitam verib. 

O, cinayət məsuliyyətindən azad edilib. 
 

Demokrat.az

11:14 - 7 İyul 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin