Azərbaycan Vəkillər Kollegiyası vəkil Elçin Sadıqovun səlahiyyətlərindən məhrum edilməsi barədə qərar qəbul edib.
Asayis.Az haqqin.az-a istinadən bildirir ki, Kollegiya E.Sadıqovun direktor qarşısında peşə borcunu lazımınca yerinə yetirməməsi ilə əlaqədar səlahiyyətlərinə xitam verilməsi üçün məhkəməyə müraciət edəcək.
Qərar jurnalist Eynulla Fətullayevin şikayəti əsasında qəbul edilib.
Xatırladaq ki, vəkil E.Sadıqov həbsdə olan iş adamı, “Baku Steel Company” metallurgiya zavodunun keçmiş rəhbəri Rasim Məmmədovu tənqid etməmək öhdəliyi müqabilində jurnalist Əvəz Zeynallına 20 min manat rüşvət verməkdə təqsirli bilinib.