Zaur Baxşəliyev Xəzər televiziyasına keçdi?

 Zaur Baxşəliyev Xəzər televiziyasına keçdi?

Azad Azərbaycan televiziyasının (ATV) məşhur aparıcısı Zaur Baxşəliyev Xəzər televiziyasına gedib.

 

Asayis.az Mansetaz-a istinadla xəbər verir ki, o, televiziyanın rəhbəri, tanınmış şoumen Murad Dadaşovla, eyni zamanda, vaxtilə ATV-də birlikdə çalışdığı keçmiş iş yoldaşları ilə görüşüb, fotolar çəkdirib.

 

Zaur Baxşəliyevin qəfil Xəzər televiziyasına getməsi ağıllarda sual yaradıb. Onun yeni mövsümdən  adıçəkilən televiziyada fəaliyyət göstərəcəyi güman edilir.

17:15 - 6 İyul 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin