Səhiyyə Nazirliyi mütəmadi şəkildə dərman vasitələrinin qiymətləri ilə bağlı müvafiq strukturlarla təhlillər aparır.
Asayis.Az xəbər verir ki, bunu səhiyyə nazirinin müavini Rasim İsmayılov parlamentin növbədənkənar sessiyasının iyulun 6-da keçirilən iclasında “Dərman vasitələri haqqında” qanuna təklif edilən dəyişikliklərin II oxunuşda müzakirəsində deyib.
Onun sözlərinə görə, digər ölkələrin dərmanlarının qiymətləri ilə bağlı məlumat bazası toplanılır: “Biz zərurət yarandıqda Tarif Şurası ilə operativ müzakirə apararaq həll yollarını tapırıq”.