Bakının Qaradağ rayonunda 1989-cu il təvəllüdlü Vüqar ailə münaqişəsi zəminində həyat yoldaşı Bahara (adlar şərti verilib – red.) xəsarət yetirib.
Asayis.Az-ın məlumatına görə, hadisə rayonun Qızıldaş qəsəbəsində 8 saylı peşə liseyi yataqxanasında baş verib.
Vüqat yaşadığı mənzilində arvadı Bahar ilə ailə-məişət zəminində mübahisə edib. Yaranmış mübahisə zamanı əli ilə Baharın sifətinin və bədəninin müxtəlif yerlərinə dəfələrlə vuraraq ona xəsarətlər yetirib.
Hadisəni törədən Vüqarın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Vüqar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
O bildirib ki, 26 fevral 2023-cü ildə, səhər saatlarında evdən sosial müavinət üçün verilmiş 400 manat pulu ümumi dolanışıqları üçün qoyduqları yerdən götürərək gedib: Pulun 100 manatını kredit kimi ödədim. Saat 21.00-da içkili vəziyyətdə evə gəldim. Bahar pulu geri qaytarmağı xahiş etdi. Mən isə həmin puldan 100 manatını kredit ödədiyimi dedim. Bundan sonra aramızda mübahisə yarandı. Evin əşyalarını dağıdaraq, evi yandıracağımı dedim. Sonra isə əlim ilə Baharın sifətinin və bədəninin müxtəlif yerlərinə dəfələrlə vurdum. Baharı vurduğum zaman yerə yıxıldı”.
Qaradağ rayon Məhkəməsinin hökmü ilə Vüqar 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin və Abşeron rayonunun hüdudlarını tərk etməmək, axşam saat 24.00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulub.
Demokrat.az