Bakı Baş Gömrük İdarəsinin 35 yaşlı yeni rəisi kimdir? - DOSYE

 Bakı Baş Gömrük İdarəsinin 35 yaşlı yeni rəisi kimdir? - DOSYE

Xəbər verdiyimiz kimi, Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırovun əmri ilə Elmir Ramazanov Bakı Baş Gömrük İdarəsinə rəis təyin olunub.
Asayis.Az Metbuat.az-a istinadən Bakı Baş Gömrük İdarəsinin yeni rəisi Elmir Ramazanovun dosyesini təqdim edir:

Elmir Ramazanov 1988-ci ildə Bakıda anadan olub.

2009-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyatin huquqi tənzimlənməsi fakültəsini bitirib.

2022-ci ildə Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi fakültəsinə daxil olub.

Əmək fəaliyyətinə ixtisasına uyğun olaraq Vergilər Nazirliyində başlayıb. 2012-ci ildən vergi sistemində inspektor vəzifəsindən başlamaqla müxtəlif postlarda çalışıb. Nəticədə Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin rəis müavini vəzifəsinə qədər yüksəlib.

Dövlət Gömrük Komitəsi sədrinin 2022-ci il 15 avqust tarixli əmri ilə Bakı Baş Gömrük İdarəsinin rəis müavini təyin edilib.

Ailəlidir, bir övladı var.

10:55 - 6 İyul 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin