Bakıda sərxoş kişi arvadına dəhşətli işgəncələr verdi - TƏFƏRRÜAT

 Bakıda sərxoş kişi arvadına dəhşətli işgəncələr verdi - TƏFƏRRÜAT

Bakının Sabunçu rayonunda 1984-cü il təvəllüdlü Malik ailə münaqişəsi zəminində yaranan münaqişə zamanı həyat yoldaşı Fatiməyə (adlar şərti verilib – red.) xəsarət yetirib. 
Asayis.Az-ın məlumatına görə, hadisə ötən ilin dekabrın 29-da rayonun Maştağa qəsəbəsi, Savalan massivində baş verib. 

Malik yaşadığı evdə aralarında yaranmış münaqişə zamanı Fatiməni sifət və başın ənsə nahiyyəsinə yumruqla vurub.

Hadisəni törədən Malikin barəsində Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Malik ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. 

O bildirib ki, zərərçəkmiş Fatimə onun həyat yoldaşıdır: 

“2009-cu ildə Fatimə ilə ailə həyatı qurmuşam və birgə nigahdan 2 övladımız var. Hadisə günü aramızda sözlə mübahisə baş verdi. Lakin Fatiməmi vurmamışam. Fatimə özü yıxılaraq həmin xəsarətləri alıb”.

İş üzrə zərərçəkmiş əvvəllər həyat yoldaşı Malik hər şey normal olub: 

“Lakin son vaxtlar aramızda problemlər yarandı. Səbəb isə Malikin spirtli içkilərin aludəçisi olmasıdır. Spirtli içkilərin təsiri altıda münaqişə yaradaraq məni döyüb. Hadisə günü, saat 20 radələrində işdən yaşadığım evə gələn zaman həyat yoldaşım mənimlə münaqişə yaratmağa başladı. Münaqişə zamanı sifət və başımın arxa nahiyyəsinə yumruqla vuraraq mənə xəsarət yetirdi”. 

Zərərçəkmiş qeyd edib ki, bu cinayət işi başlanandan sonra da dəfələrlə onu döyüb, əllərini bıçaqla deşik-deşik edib.
 
Sabunçu rayon Məhkəməsinin hökmü ilə Malik 2 ay 29 gün müddətə azadlıqdan məhrum edilib. 
 

 

15:55 - 4 İyul 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin