Vilayət Eyvazov bölmə rəisinə yeni vəzifə verdi

 Vilayət Eyvazov bölmə rəisinə yeni vəzifə verdi

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov kadr təyinatı həyata keçirib.

Nazirin əmri ilə Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Zaur Əliyev vəzifəsindən azad edilib. Z.Əliyev müvafiq əmrlə Binəqədi Rayon Polis İdarəsinin əməliyyat işləri üzrə rəis müavini təyin edilib.

10:57 - 16 Mart 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin