Zelenski ilə Putin İstanbulda və ya Bakıda bir araya gələ bilərlər

 Zelenski ilə Putin İstanbulda və ya Bakıda bir araya gələ bilərlər

“Müharibənin əsl adı Rusiya-ABŞ müharibəsidir. Ukrayna bir fiqurdur. O, cəbhə ölkəsi olaraq görünəndir. Rusiya və ABŞ arasındakı müharibədə Türkiyə və Azərbaycan bitərəfdir”.

Bu fikirləri Türkiyənin Azərbaycandakı sabiq hərbi atteşesi, ehtiyatda olan general Yücel Karauz deyib. General qeyd edib ki, Türkiyə və Azərbaycanın həm Rusiya, həm də Ukrayna ilə maraqları vardır.

“Qarabağ müharibəsindən sonra yeni olan statusda Rusiyanın yüz faiz dəstək verməsə belə, yox deməməsi önəmli bir faktor idi. Türkiyə üçün də, Azərbaycan üçün də Rusiya bölgədə önəmli bir müttəfiqdir. Münasibətlərimizi ona görə qurmalıyıq. Dövlətlərarası münasibətlərdə hisslərə yer yoxdur. Keçmişdə yaşadığımız uğursuzluqlar və ya uğurlar bizim gələcəyimizi yönləndirə bilməz. Türkiyə 10-12 il sonra İsrail ilə münasibət qurdu. Bunda da Azərbaycanın böyük dəstəyi və köməyi var. Keçmişdə bir-birinə düşmən kimi olan ölkələr Türkiyədə əl sıxdılar. Bir sözlə, ağı və məntiq üzərinə addım atılmalıdır. Türkiyə və Azərbaycan Rusiya-Ukrayna müharibəsinin daha böyük bir məsələyə çevrilməməsi üçün əlindən gələn bütün təklifləri ifadə ediblər. Görüşlərin keçirilməsinə dəstək vermək istəyirlər. Amma ki, Qərb bu mövzuda Türkiyə və Azərbaycanın məsuliyyət almasına izn vermirdi. Buna baxmayaraq, müharibə başladıqdan sonra, 14-15-ci günündə, mənfəətdən uzaq, “Yurdda sülh, dünyada sülh”, prinsipinə sahib olan Türkiyə Cümhuriyyəti, cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin də qatqılarıyla ilk dəfə Lavrovla Ukrayna Xarici işlər nazirini bir araya gətirdi. Bilirsiz ki, Belarusda iki dəfə görüş olmuşdu. Təbii ki, illərdir yığılan problemlərin bir və ya iki görüşdə həll edilməsi mümkün deyil. Çünki bu problemin bitməsini istəməyən güclər var”.

General əlavə dib ki, hazırda müharibədən qidalanan silah şirkətləri var.

“Oradakı vəziyyətdən qidalan dövlətlər var. Ona görə də, bu iş asanlıqla sonlanmayacaq. Təbii ki, tərəflərin müzakirə üçün eyni masada oturması çox anlamlıdır. Müharibənin qazananı olmaz. Mənim gördüyüm, Putinin bəyanatları, Zelenskinin bəyanatları müharibənin başladığı günə gəlmiş vəziyyətdədir. Ukraynada insanlıq dramı yaşanır. 2.5 milyona yaxın qaçqın oldu. Azərbaycandan bir milyon qaçqına Birləşmiş Millətlər Təşkilatı və Avropa Birliyi bir dollar, bir manat pul ayırmadığı təqdirdə, bu gün Ukrayandan gedənlərə sərbəst gəzmək daxil olmaqla hər cür imkanı təmin etdilər. Bu da Qərbin ikili standartlarının bir göstəricisidir.

Ukraynda Qərbin oyununa gəldiyini anlayıb. Rusiyanın qonşusu olduğunu və qonşu olaraq yaşamaqdan başqa seçiminin olmadığını anlayıb. Bu, savaşma əzmi və qərarı ilə millət və dövlət olma prosesini tamamlamağa doğru getməkdədir. Rusiya isə hesablamalarda səhv edib, məncə. Ən uyğun vaxt deyərək oyuna girib, ancaq Krımı və Donbası aldığı zaman Qərbin hərəkətsizliyi və səssizliyi onu aldatıb. Qərb qurduğu teatr səhnəsində Rusiyanı bataqlığa çəkməyi bildi və bunda da xeyli uğurlu oldu. Çox ciddi sanksiyalara məruz qaldı. Nəticə etibarilə bu müzakirələr olmalıdır.

Ölən öldüyü, yıxılan yıxıldığı ilə qalır. Yıxılan və ölənlərin acısı 10-15 ildə ancaq kompensasiya olunur. Silah sistemləri satılmağa davam edər. Bu çarx dönər. Müharibədən öncəki Krım, Donbas, Luqanskın muxtar cümhuriyyət olması nöqtəsinə gələr. Türkiyənin və Azərbaycanın səmimi, birtərəf vəziyyətdə, ölkələrin torpaq bütünlüyünə hörmət çərçivəsində yardıma hər zaman hazırdır. Biz Krımı, Donetski tanımırıq. Dövlətlər digər dövlətlərə güvənərək müharibəyə girməməlidir. Milli güc ünsürləriniz güclüdürsə uğurlu ola bilərsiniz. Tökmə su ilə dəyirman dönməz”.

General həmçinin Türkiyə və Azərbaycanın aracılığı ilə Putin və Zelenski görüşünün Bakı və ya İstanbulda keçirilə biləcəyini istisna etmir.

“Qərbin bunu istəmədiyini Türkidə görüşlərin keçirilməsində də görürük. Müharibə başladığı dönəmlərdə ABŞ Prezidenti Bayden dünyanın müxtəlif liderləri ilə görüşsə də, Türkiyə Prezidenti ilə görüşməmişdi. Lakin Antalyada Lavrovla Ukrayna XİN başçısının görüşünün reallaşdırmasından sonra ABŞ Prezidenti cənab Ərdoğana zəng etdi. Təxminən 45 dəqiqə, bir saatlıq görüşmə oldu. Türkiyənin hüquqdan yana olması, Qərbin oyununa gəlməməsi, eyni zamanda şərqin də oyununa gəlməməsi bundan sonra da davam edəcəkdir. Mən inanıram ki, bir və ya iki turdan sonra Zelenski ilə Putin İstanbulda və ya Bakıda bir araya gələ bilərlər”.//turkmedia.az

15:25 - 14 Mart 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin