Qızı özü ilə ölümə aparan kişi - Polis belə yaxaladı

 Qızı özü ilə ölümə aparan kişi - Polis belə yaxaladı

Qubada oğlan özünü və bir qadını öldürmək istəyib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, nazirliyin “102-Zəng Mərkəzinə” müraciət edən Sumqayıt şəhər sakini S.Seyidova martın 12-də ögey bacısı R.Cəfərovanın Əmrah adlı şəxslə birlikdə Quba şəhərində olmalarını, Əmrahın özünü və qızı öldürmək istədiyini bildirib.

Dərhal Quba rayon Polis Şöbəsinin əməkdaşları müvafiq tədbirləri keçirib, Sumqayıt şəhər sakinləri Ə.Ağazadə və R.Cəfərovanın olduqları yer müəyyən edilib. Hər ikisi saxlanılaraq Polis Şöbəsinə gətiriliblər. Onların narkotik vasitənin təsiri altında olmaları müəyyən olunub və barələrində İnzibat Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati protokol tərtib edilib.

Quba rayon Məhkəməsinin qərarı ilə Ə.Ağazadə 20 gün müddətində inzibati qaydada həbs olunub, R.Cəfərova isə 400 manat məbləğdə cərimələnib.

12:23 - 14 Mart 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin