Cəlilabadda ağır yol qəzasında 5 nəfər ölüb, 3 nəfər xəsarət alıb - FOTO

 Cəlilabadda ağır yol qəzasında 5 nəfər ölüb, 3 nəfər xəsarət alıb - FOTO

Cəlilabadda ağır ağır yol nəqliyyat hadisəsi baş verib. 

Rayonun Şabanlı kənd sakini 1966-cı il təvəllüdlü Saleh Məlikovun idarə etdiyi “VAZ-2107” markalı avtomobil qarşıdan gələn, rayonunun İnili kənd sakini, 1948-ci il təvəllüdlü Xudaş Rəhimovun idarə etdiyi “Mitsubishi” markalı avtomobillə toqquşub. Qəza nəticəsində “VAZ-2107”-nin sürücüsü də daxil olmaqla sərnişinləri - rayonun Şabanlı kənd sakinləri, 1970-ci il təvəllüdlü Şura İmanova, 1975-ci il təvəllüdlü Gülnarə Kərimova, 1978-ci il təvəllüdü Elçin Kərimov və 1995-ci il təvəllüdlü Gültəkin Şahbazova aldıqları xəsarətlərdən hadisə yerində ölüblər. Onların meyitləri aidiyyəti üzrə təhvil verilib. Cəlilabadda baş verən ağır yol qəzasında ölən və yaralananların adları məlum olub. 

Məlumata görə, rayonun Şabanlı kənd sakini 1966-cı il təvəllüdlü Saleh Məlikovun idarə etdiyi “VAZ-2107” markalı avtomobil qarşıdan gələn, rayonunun İnili kənd sakini, 1948-ci il təvəllüdlü Xudaş Rəhimovun idarə etdiyi “Mitsubishi” markalı avtomobillə toqquşub. Qəza nəticəsində “VAZ-2107”-nin sürücüsü də daxil olmaqla sərnişinləri - rayonun Şabanlı kənd sakinləri, 1970-ci il təvəllüdlü Şura İmanova, 1975-ci il təvəllüdlü Gülnarə Kərimova, 1978-ci il təvəllüdü Elçin Kərimov və 1995-ci il təvəllüdlü Gültəkin Şahbazova aldıqları xəsarətlərdən hadisə yerində ölüblər. Onların meyitləri aidiyyəti üzrə təhvil verilib. 

 

Minik avtomobillərinin toqquşması zamanı "Mitsubishi" markalı avtomobildəki sürücü Xudaş Rəhimov, oğlu - 1984-cü il təvəllüdlü Samir Rəhimov və nəvəsi - 2006-cı il təvəllüdlü Jalə Rəhimova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.


17:03 - 12 Mart 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin