Bakıda restoranda quldurluq olub.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 12-ci Polis Şöbəsinə martın 6-da Ramana qəsəbəsi ərazisində yerləşən restoranların birində bir nəfərin qəsəbə sakini A.Zakirovu bıçaqla hədələyib mobil telefonunu talaması barədə müraciət daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Ramana qəsəbə sakini, əvvəllər məhkum olunmuş F.İmanov müəyyən edilərək saxlanılıb.
Sabunçu RPİ-də araşdırma aparılır.