Abşeronda qadının avtomobilini qaçırıb qəza törədən şəxs saxlanılıb - FOTO

 Abşeronda qadının avtomobilini qaçırıb qəza törədən şəxs saxlanılıb - FOTO

Novxanı şossesində gül almaq istəyən qadının maşını oğurlanıb.

Hadisə Binəqədi-Novxanı şossesində qeydə alınıb.Məmmədova Könül Zakir qızı gül almaq üçün Novxanı qəsəbəsində “Mitsubishi” markalı nəqliyyat vasitəsindən enib. Bu zaman həmin ərazidə olan Quliyev Vidadi Aydın oğlu avtomobilin qapılarının açıq olduğunu görüb və dərhal nəqliyyat vasitəsini işə salaraq ordan uzaqlaşıb. V.Quliyev qaçırdığı avtomobili Binəqədi Novxanı şossesində bir neçə maşına çırpıb. Avtomobil yanmağa başlayıb. Əraziyə FHN-nin DYMX-nin əməkdaşları cəlb edilib. Avtomobili oğurlamaqda şübhəli bilinən V.Quliyev Abşeron Dövlət Yol Polis Şöbəsinin 99-YP-102 dövlət nişanlı avtomobilində xidmət aparan Əli Cavadov və Qalib Mirzəyev tərəfindən saxlanılıb. Saxlanan şəxs yol polisləri tərəfindən Post Patrul Xidmətinə təhvil verilib.

Faktla bağlı Saray Polis Şöbəsində araşdırma aparılır.


12:00 - 7 Mart 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin