Qəbələ rayonunda qətl hadisəsi törədən şəxs tutulub.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, Qəbələ rayonunda Aytac Əliyevanın qətlə yetirilməsi ilə əlaqədar rayon prokurorluğunun və polis şöbəsinin əməkdaşları tərəfindən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri həyata keçirilib.
Nəticədə qətli törətməkdə şübhəli bilinən bir nəfər qadın saxlanılıb.
Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanılıb, hazırda istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.